Avrokuboklar tarixində 10-cu dəfə Azərbaycan klubu evdə keçirdiyi ilk qarşılaşmada qolsuz heç-heçəylə kifayətlənib. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “Panatinaikos” klubu ilə “sülh” bağlayan “Qəbələ”yə qədər 9 dəfə belə hadisə qeydə alınıb.
Bunların 4-də təmsilçimiz mərhələ adlayıb. Son iki mövsümə təsadüf edən 3 duelin hamısında mərhələni komandamız keçib.
Ümumilikdə isə 4 uğurdan ikisi səfər qolu, ikisi qələbə sayəsində gerçəkləşib.
Azərbaycan klublarının evdə keçirdiyi ilk oyunda 0:0 hesabı qeydə alınan qarşılaşmalar
|
2001/02 |
Neftçi – HİT Qoritsa (Sloveniya) |
0:0 |
0:1 |
|
2004/05 |
Neftçi – MOİK (Rusiya) |
0:0 |
0:2 |
|
2007/08 |
MKT Araz – Qrotslin (Polşa) |
0:0 |
0:1 |
|
2008/09 |
İnter - Rabotniçki (Makedoniya) |
0:0 |
1:1 |
|
2009/10 |
Bakı - Levski (Bolqarıstan) |
0:0 |
0:2 |
|
2012/13 |
Bakı – Mura (Sloveniya) |
0:0 |
0:2 |
|
2014/15 |
Neftçi – Çixura (Gürcüstan) |
0:0 |
3:2 |
|
2014/15 |
Qarabağ – Tvente (Hollandiya) |
0:0 |
1:1 |
|
2015/16 |
Qarabağ – Rudar (Monteneqro) |
0:0 |
1:0 |