Ötən il “Xəzər Lənkəran”, indi “Qarabağ”
23.06.2014 - 14:38
Ötən il “Xəzər Lənkəran”, indi “Qarabağ”

Azərbaycan klubları avrokuboklarda ardıcıl 2-ci dəfə Malta təmsilçisi ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu duel Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edəcək.

 

Ada ölkəsinin çempionu “Valletta”nı sınağa çəkəcək “Qarabağ” rəqibinə gücünü göstərməyə çalışacaq. Bunadək Azərbaycan və Malta klubları yalnız ötən il üz-üzə gəliblər.

 

İlk dəfə gerçəkləşən həmin duel Avropa Liqasına təsadüf edib. “Xəzər Lənkəran” Maltanın “Slima Uonderers” klubu ilə görüşüb. Hər iki görüşdə qol vuran cənublular səfərdə 1:1 hesablı heç-heçə ilə kifayətlənib, evdəsə 1 cavabsız qolla qalib gəlib.

 

Malta klubu ilə ilk oyunda təmsilçimizin qoluna Junior Nildo imza atmışdısa, cavab oyununda Rahid Əmirquliyev fərqlənmişdi.

 

Bundan başqa isə ötənilki Malta toplanışı zamanı “Xəzər Lənkəran” “Birkirkara” ilə də görüşüb. Həmin matçda 1:1 hesabı ilə başa çatıb. Bu qolu isə penaltidən Marin Orsuliç vurub.