Almaniyanın tanınmış məşqçilərindən olan Ottmar Hitsfeld ölkəsinin mətbuatına maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı “Bavariya” haqda müsbət fikirlər səsləndirib.
Münhen klubunu tərifləyən Hitsfeld “Bavariya”nı dünyanın ən güclü klubu adlandırıb: “Mənim fikrimcə, “Bavariya”nın heyəti Avropanın bütün nəhəng komandalarının heyətindən güclüdü. Bu isə o deməkdi ki, dünyanın ən güclü klubu məhz “Bavariya”dı. Mən bu komandanı “Real” və “Barselona”dan da güclü sayıram. Pep Qvardiolanın əlində əla material var”.
Qeyd edək ki, 1998-2004 və 2007-2008-ci illər ərzində “Bavariya”nı çalışdırmış Hitsfeldin son iş yeri İsveçrə millisi olub.