Ottmar Hitsfeld məşqçilik karyerasını başa vurdu
02.07.2014 - 19:23
Ottmar Hitsfeld məşqçilik karyerasını başa vurdu

 

Futbol üzrə İsveçrə yığmasının baş məşqçisi Ottmar Hitsfeld karyerasını başa vurduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu barədə dünya çempionatının 1/8 finalında Argentinaya uduzandan dərhal sonra bildirib.

 

Hitsfeld bundan sonra televiziyada ekspert kimi çalışmaq niyyətindədir: “Mənim məşqçi kimi işim başa çatıb. Mən karyeramla fəxr edirəm. İndi isə televiziyada məşqçilik edəcəyəm. Bundan sonra məni sakit həyat gözləyir”.

 

Ottmar Hitsfeld futbolçu kimi İsveçrə və Almaniya klublarında oynayıb, “Bazel”lə bir yerdə İsveçrə çempionu olub, Almaniya millisinə dəvət alıb. Məşqçi kimi 7 dəfə Almaniya çempionluğunu qazanıb (5 dəfə “Bavariya”, 2 dəfə Dortmund “Borussiya”sı ilə), iki dəfə Çempionlar Liqasının qalibi olub (“Bavariya” və “Borussiya” ilə). 2008-ci ildən İsveçrə millisinə başçılıq edib.