Özbəkistan yığmasının Azərbaycan planları açıqlandı
07.08.2014 - 17:00
Avqustun 20-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Özbəkistan yığmasının bu matça hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi qarşılaşmadan 5 gün əvvəl təlim-məşq toplanışına yığışacaq.
Daşkənddə baş tutacaq hazırlıqlar avqustun 15-də başlayacaq. 4 günlük toplanışın ardından isə Özbəkistan yığması Bakıya yollanacaq.
Ayın 19-da ölkəmizə gələcək qonaqlar oyundan bir gün əvvəl Bakıda məşq edəcək.
0
0