Özil 23 braziliyalı uşağın əməliyyatının pulu ödəyəcək
17.07.2014 - 05:33
Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özil 23 braziliyalı uşağın cərrahiyyə əməliyyatının xərcini öz üzərinə götürüb. Apasport.az saytının məlumatına görə, Özil bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Futbolçu hələ mündial başlamamışdan öncə 11 xəstə uşağın əməliyyatını dəstəklədiyini vurğulayıb: “Hörmətli azarkeşlər. Dünya çempionatı başa çatıb. Bu qələbə 11 futbolçu tərəfindən deyil, bütün komanda tərəfindən əldə edilib. Bunun üçün də 23 uşağın cərrahiyyə əməliyyatının xərclərini ödəyəcəyəm. Bu, mənim Braziliya xalqına qonaqpərvərliyinə görə çox sağolumdur”.
0
0