Özil: Almaniyanın tənqid edilməsi düzgün deyil
28.06.2014 - 06:40
“Arsenal”n yarımmüdafiəçisi Məsut Özil Almaniya millisinin tənqid edilməsinin düzgün olmadığını bildirib. Apasport.az saytının məlumatına görə, türk əsilli futbolçu alman mətbuatının mövqeyinin qərəzli olduğunu vurğulayıb: “Tam əminliklə deyə bilərəm ki, biz dünya çempionatını udmaq istəyirik. Almaniya ancaq qələbəyə köklənib. Biz Braziliyaya bunun üçün gəlmişik. Biz dünya çempionatının 1/8 finalında uduzmaq üçün gəlməmişik. Bütün komandalar bizim nə qədər güclü olduğumuzu bilirlər”.
Xatırladaq ki, Almaniya millisi 1/8 finalda Əlcəzairlə görüşəcək.
0
0