Özil: İspaniya, İngiltərə və İtaliyanın turniri tərk etdiyinə inana bilmirəm
25.06.2014 - 05:18
Özil: İspaniya, İngiltərə və İtaliyanın turniri tərk etdiyinə inana bilmirəm

 

Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özil Avropanın bəzi güclü yığmalarının dünya çempionatının qrup mərhələsindən çıxa bilməməsindən təəccübləndiyini gizlətməyib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi hazırkı mundialın həddən artıq gözlənilməz nəticələrlə bol olduğunu vurğulayıb.

 

Xatırladaq ki, İspaniya və İngiltərənin artıq 2 turdan sonra qrupdan çıxa bilməyəcəyi məlum idi. İtaliya isə bu gün Uruqvaya uduzduqdan sonra onların sırasına qoşulub.

 

“İspaniya, İngiltərə və İtaliya dünya çempionatını tərk etdilər. Onların hamısı artıq qrup mərhələsindən sonra çıxışlarını başa vurdular. Bu necə dünya çempionatıdır?” - deyə, Özil sosial şəbəkədəki səhifəsində qeyd edib.