“Arsenal” futbol klubunun türk əsilli futbolçusu Məsud Özil yaşıl meydanlara dönür. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Arsen Venqer Özilin ən önəmli oyunçularından biri olduğunu və onun geri dönməsini gözlədiklərini açıqlayıb.
Xatırladaq ki, bu mövsüm “Real Madrid”dən “Arsenal”a transfer olunan Özil 5 həftə öncə Çempionlar Liqasında “Bavariya”ya qarşı oyunda zədələnmişdi. Arsen Venqer 25 yaşlı yarımmüdafiəçinin bazar günü “Hall Siti”yə qarşı keçirəcəkləri səfər oyununa qədər hazır olacağını vurğulayıb: “Biz qol vurmağa öyrənmiş bir komandayıq. Son zamanlar isə qol qıtlığı yaşayırıq. Məsud bizim yaradıcı oyunçularımızdan biridir və onun geri dönməsinə sevinirik”.