Pablo Osvaldo “İnter”dən ayrıldı
07.02.2015 - 18:19
“İnter” hücumçusu Pablo Osvaldo ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu bundan sonra karyerasını Avropada davam etdirməyəcək.
Osvaldo Argentina klubu “Boka Xuniors”la anlaşıb. Moskva MOİK-dən də təklif alan 29 yaşlı futbolçu “Boka Xuniors”u üstün tutub. Onun “İnter”dən ayrılmasının səbəbi isə komanda yoldaşı Mauro İkardi ilə məşq zamanı dalaşmasıdı.
Qeyd edək ki, Pablo Osvaldo “İnter”də keçirdiyi 12 oyunda 5 qol vurub.
0
0