Pantiç daha 3 il "Bakı"da: Aylıq maaşı 40 min dollar!
30.04.2014 - 15:57
Pantiç daha 3 il "Bakı"da: Aylıq maaşı 40 min dollar!

Milinko Pantiç daha 3 il “Bakı” klubunda çalışacaq. Apasport.az saytının əldə etdiyi xəbərə görə, serbiyalı çalışdırıcı paytaxt təmsilçisinin avrokuboklara düşüb-düşməməyindən asılı olmayaraq, yaxın günlərdə yeni müqaviləyə imza atacaq.

 

Topaz Premyer Liqasının XXXI turunda “İnter”ə 0:4 hesabı ilə uduzmasına baxmayaraq, “Bakı”nın prezidenti Hafiz Məmmədov onun işindən razıdır. Tərəflər artıq bu oyundan sonra görüşüb. Məmmədov tez-tez baş məşqçi dəyişikliyindənsə, Pantiçlə yola davam etməyi daha məqsədəuyğun sayıb. Görüş zamanı 3 illik yeni müqavilə haqqında razılaşma əldə olunub. Pantiçin “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərə “Mənə hələ 3 il də dözməli olacaqsınız” sözləri də təsadüf deyil.

 

Klub prezidenti ilə serbiyalı məşqçi arasında növbəti görüşün isə çempionatın son turunda – “Rəvan”la qarşılaşmadan sonra baş tutacağı gözlənilir. Məhz həmin gün Pantiçlə 3 illik müqavilə bağlanılacaq. Bildirildiyinə görə, Pantiçin aylıq maaşı 40 min dollar təşkil edəcək.