Pantiçdən Qurban Qurbanova cavab: O, oyuna yaxşı baxmayıb
02.05.2014 - 16:48
Pantiçdən Qurban Qurbanova cavab: O, oyuna yaxşı baxmayıb

“Rəqibə qarşı oynadıq, mübarizə apardıq. “Qarabağ” çox güclü rəqibdir. Sadəcə, oyunumuz istədiyimiz kimi alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

 

Topaz Premyer Liqasının XXXIII turunun “Bakı” – “Qarabağ” görüşündə hesab açılmayıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Bakı” vaxt uzadırdı” fikrinə Pantiçdən cavab gəlib: “Yaxşı oynadıq. Hər halda, Qurban Qurbanov oyuna yaxşı baxmayıb. Əgər baxsaydı, görərdi ki, komandam meydanda mübarizə aparıb. Vaxt yubatmaq kimi bir fikrimiz olmayıb”.