Parandelli “Qalatasaray”dan Osvaldonu tələb edir
06.07.2014 - 16:06
“Qalatasaray”ın yeni baş məşqçisi Çezare Parandelli “Yuventus”un hücumçusu Pablo Osvaldonun alınmasını istəyir. Apasport.az saytının məlumatına görə, Osvaldounun hüquqları İngiltərənin “Sauthempton” klubuna məxsusdur.
Çezare Parandelli buna qədər İtaliya millisinin baş məşqçisi olub. Amma italiyalılar qrupdan çıxa bilməyəndən sonra o, vəzifəsindən istefa verib. “Qalatasaray” isə bu həftənin əvvəlində Parandelli ilə razılaşdığını elan edib.
Osvaldo ötən mövsüm A seriyasında 11 oyuna çıxıb və 1 qol vurub.
0
0