Patrik Vieyra peşəkar futbola qayıdır
31.05.2015 - 14:15
Patrik Vieyra peşəkar futbola qayıdır

Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Patrik Vieyra yenidən peşəkar futbola qayıtmaq istəyir. Apasport.az saytının məlumatına görə, keçmiş futbolçu bu dəfə baş məşqçi kimi meydanlarda görünəcək.

 

“Nuykasl” rəhbərliyi bir zamanlar “Arsenal”, “Yuventus”, "İnter" və "Mançester Siti" kimi klubların şərəfini qorumuş Vieyra ilə danışıqlara başlayıb.

 

Hazırda “Mançester Siti” klubunun gənclər komandasına rəhbərlik edən Vieyra bir neçə dəfə iş yerini dəyişmək istədiyini bildirmişdi.