Paytaxt derbisində iki qol
04.08.2014 - 08:04
Paytaxt derbisində iki qol

Topaz Premyer Liqasının startı ərəfəsində "İnter" və AZAL komandalar arasında yoxlama görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma “Şəfa" stadionunda baş tutub.

 

Paytaxt derbisində “bankirlər” qalib gəlib – 2:0. “İnter”in rəqib qapısından keçirdiyi 2 cavabsız qola Baçana Sxadadze və Asif Məmmədov imza atıb.