Paytaxt təmsilçisindən 20-ci zəfər
05.05.2014 - 08:26
Paytaxt təmsilçisindən 20-ci zəfər

İsrail çempionatının sonuna 3 tur qalmış qalibin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, Təl-Əviv “Makkabi”si final mərhələsinin VII turunda çempionluğu bayram edib.

 

Paytaxt təmsilçisi ən yaxın izləyicisi Beer-Şeva “Hapoel”ini səfərdə 2:1 məğlub edib. Bu qələbədən sonra lider izləyicisini 13 xal arxada qoyub.

 

Bununla da “Makkabi” ardıcıl 2-ci, ümumilikdə 20-ci dəfə İsrail çempionu olub. Təl-Əviv klubu Çempionlar Liqasının II təsnifat mərhələsində oynamaq hüququ qazanıb.