Paytaxt təmsilçisinin yubiley zəfəri
09.05.2014 - 09:07
Avropanın daha bir ölkəsində çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Styaua” tarixində 25-ci dəfə Rumıniya çempionatının qızıl medallarını qazanıb.
Buxarest təmsilçisi XXXI turda səfərdə Kluj “Universtatya”sını 1:0 hesabı ilə məğlub edib. Bununla da finişə 3 tur qalmış ən yaxın izləyicisi “Petrolul”dan 10 xal öndə olan “Styaua” yubiley çempionluğunu təmin edib. Ardıcıl 2-ci çempionluğunu əldə edən paytaxt təmsilçisi mövsümdə cəmi 1 dəfə məğlub olub.
Qeyd edək ki, “Styaua” Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.
0
0