Paytaxtda 4, əyalətdə 6 hakim
06.02.2015 - 10:26
Paytaxtda 4, əyalətdə 6 hakim

Topaz Premyer Liqasının XX turunda keçiriləcək oyunları idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək turun 2 oyununa 4, digər iki matçına 6 ədalət təmsilçisi təyinat alıb.

 

Belə ki, AFFA-nın Hakimlər Komitəsi Qəbələ və Lənkərandakı görüşlərdə əlavə köməkçi hakimlərin olmasını məqsədəuyğun sayıb. Paytaxtdakı qarşılaşmalarda isə 4 ədalət təmsilçisi olacaq.


XX tur

06 fevral (cümə)
14:00. “Qəbələ” – AZAL

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

16:00. “Neftçi” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev
“Bakcell Arena”

07 fevral (şənbə)
14:00. “Qarabağ” – “Bakı”

Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Vüsal Qənbərov, Xəlil Xəlilov
Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Coşqun Həsənov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu