Pedro Rodriges rəsmən “Çelsi”də!
20.08.2015 - 17:18
Pedro Rodriges rəsmən “Çelsi”də!

“Barselona”nın yarımmüdafiəçisi Pedro Rodrigesin yeni klubunun adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.

 

Uzun müddət “Mançester Yunayted”in maraq dairəsində olan İspaniya millisinin üzvü “mankunianlar”ın əsas rəqiblərindən olan “Çelsi”yə keçməyi üstün tutub. Bu transfer London klubuna 30 milyon avroya başa gəlib.

 

Yeni komandası ilə 4 illik müqaviləyə qol çəkən Pedro keçidi ilə bağlı fikirlərini də bildirib. O deyib ki, “Çelsi”yə titullar qazanmaq üçün keçib: “Klub rəhbərliyinə və azarkeşlərə minnətdarlığımı bildirirəm ki, məni bu komandaya layiq biliblər”.