Dünya futbolunun əfsanəsi Pele Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolarini tənqid edib. Apasport.az saytının məlumatına görə, Pele Skolarinin elan etdiyi Braziliya yığmasının heyətindən narazı qalıb.
Xatırladaq ki, Skolari Braziliya yığmasının tərkibinə bir çox ulduzları dəvət etməyib. Pele isə gənc Neymarın hazırkı yığmanın liderinə çevrilməyəcəyini vurğulayıb: “Biz Neymarı millinin lideri kimi nəzərdən keçirə bilmərik. Bu mənada ciddi xarizmaya malik olan Fred və ya Tyaqo Silva barədə danışmaq daha doğru olardı”.
Pelenin fikrincə, Skolari Kaka və Robinyonu komandaya dəvət etməliydi: “Düşünürəm Ki, Skolari düzgün hərəkət edib: fəaliyyətində ardıcıl olub və sürprizlər etməyib. Amma bütün hallarda, Kaka və Robinyonu komandaya dəvət etmək olardı”.