Pele: Neymarın zədəsi bizim ürəyimizi sındırdı
06.07.2014 - 20:06
Pele: Neymarın zədəsi bizim ürəyimizi sındırdı

 

Əfsanəvi braziliyalı futbolçu Pele Neymarın zədəsinin onlara ciddi təsir etdiyini bildirib. Apasport.az saytının məlumatına görə, Pele braziliyalıların 1962-ci ilin uğurunu təkrarlayacaqlarına və ən yaxşı bombardirsiz belə qalib gələcəklərinə inandığını qeyd edib.

 

Əfsanəvi futbolçu Neymarın onun oynadığı doğma “Santos”da böyüdüyünü bildirib: “Onun dünya çempionatında bir daha Braziliyanın heyətində oynaya bilməyəcəyi bizim qəlblərimizi sındırdı. 1962-ci ildə Çilidəki çempionat zamanı mən də zədələndim və turnirin sonuna qədər sıradan çıxdım. Amma Allah Braziliyaya çempionluq yolunda kömək etdi. Ümid edirəm ki, hazırkı çempionatda da belə olacaq”.