[b]Pepe “Şalke”yə qarşı matçda oynayacaq[/b]
18.02.2015 - 00:00
[b]Pepe “Şalke”yə qarşı matçda oynayacaq[/b]

“Real”ın heyətində şad xəbər. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun müdafiəçisi Pepe Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində səfərdə “Şalke” ilə matçda komandasına kömək edə biləcək.

 

Bu haqda madridlilərin baş məşqçisi Karlo Ançelotti deyib. İtaliyalı mütəxəssis bildirib ki, portuqaliyalı futbolçunun xidmətindən yararlanacaq.

 

Qeyd edək ki, Pepe sonuncu dəfə İspaniya Kral Kubok 1/8 finalının cavab oyununda meydana çıxıb. 2:2 hesabı ilə başa çatan görüşün 59-cu dəqiqəsində 31 yaşlı oyunçu zədələnib və meydanı tərk etmək məxburiyyətində qalıb.