Petr Çex əməliyyat olundu
09.05.2014 - 03:42
“Çelsi”nin qapıçısı Petr Çex çiynindən əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, çexiyalı qapıçı 8-10 həftəyə sağalacaq.
Çex “Atletiko Madrid”lə Çempionlar Liqasının yarımfinalının ilk oyununda zədələnib. Epizodlardan birində topu tutan qapıçı uğursuz şəkildə yıxılaraq, çiynindən zədələnib. Klubun rəsmi saytında bildirilir ki, Çexin əməliyyatı uğurlu olub və o, təxminən 2 ay sonra yenidən məşqlərə başlayacaq.
0
0