PFL 6 yaşında
02.07.2014 - 08:54
PFL 6 yaşında

Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranmasının 6 ili tamam olur. Apasport.az saytının məlumatına görə, 2008-ci ildə yaradılan qurum bu gündən 7 yaşına qədəm qoyur.

 

PFL 6 illik fəaliyyəti dövründə daxili yarışların keçirilməsini təşkil edir.

 

Premyer Liqa, I divizion və Azərbaycan kubokunu keçirən qurum bir sıra yeniliklər etməsi ilə də seçilib. Bu yeniliklərdən biri də qurumun rəsmi internet saytıdı.

 

Bundan başqa, uzun fasilədən sonra bərpa olunan ənənələr də qeyd edilməlidi. Əvəzedicilərin çempionatı artıq ənənəvi yarışa çevrilib. Ötən il bərpa olunan Azərbaycan Superkuboku isə neçə illərdir azarkeşlərin gözlədiyi yarışdı.

 

Ramin Musayevin prezidenti olduğu PFL-in yaranmasından sonra çempionatın səviyyəsinin qalxması klubların nəticələrində də əksini tapıb. Avrokuboklarda qazanılan bütün uğurlar son 6 ilə təsadüf edib.

 

Bunun da sayəsində həm UEFA, həm də İFFHS reytinqində Azərbaycan son sıralardan qurtulub və ildən-ilə daha yüksək mövqelərə qalxır.

 

Apasport.az saytının kollektivi başda Ramin Musayev olmaqla, PFL-in bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.