Pike: Messi dünyanın ən yaxşısıdır, sonra Ronaldodur
10.06.2014 - 04:30
Pike: Messi dünyanın ən yaxşısıdır, sonra Ronaldodur

 

İspaniya millisinin müdafiəçisi Jerar Pike əmindir ki, onun komandasında dünyanın üçüncü, dördüncü və beşinci ən yaxşı futbolçuları oynayır. Apasport.az saytının məlumatına görə, o, birinci və ikinci yeri hazırkı və keçmiş klub yoldaşları Lionel Messi və Kriştiano Ronaldoya verib.

 

“Dünyanın ən yaxşı oyunçusu Lionel Messidir, ondan sonra isə Kriştiano Ronaldo gəlir” - deyə, Pike bildirib: “Onların heç biri bizim komandamızda oynamır. Amma İspaniya millisində dünyanın üçüncüsü, dördüncüsü, beşincisi var – Xavi, İnyesta və s. Bizim məşqçimiz del Boske tarixdə ən yaxşı məşqçidir. O, iki dəfə Çempionlar Liqasında, dünya çempionatında və Avropa çempionatında qalib gəlib. O, çoxlu sayda mükafat qazanıb. Amma yenə də sadədir. Bizim çox çətin qrupumuz var. İlk oyunumuz 2010-cu ilin finalının təkrarıdır və buna görə də xüsusi oyundur. Ondan sonra Çili ilə oynayırıq. Onlar da güclüdürlər. Biz bütün qüvvəmizi bu oyunlara sərf edə bilərik. Ona görə də, Avstraliya ilə oyun çoxlarının gözlədiyi kimi sadə alınmaya bilər”.