“Barselona”nın yetirməsi və “Mançester Yunayted”in keçmiş oyunçusu Jerar Pike Lu van Qalla ilk görüşü barədə danışıb. Apasport.az saytının məlumatına görə, futbolçu hollandiyalı mütəxəssisi “Old Trafford”da uğur gözlədiyinə əmin olduğunu bildirib.
Pike van Qalı o qədər də yaxşı tanımadığını bildirib: “Lui “Barselona”ya başçılıq edəndə, mən hələ çox gənc idim. Bu səbəbdən də, onu yaxşı tanımıram. Amma onun mənim babam, “Barselona”nın keçmiş vitse-prezidenti Amador Bernabeu ilə yaxşı münasibətləri var idi. Onunla 12 və ya 13 yaşım olanda, babamın evində görüşmüşəm. O, bizə qonaq gəldi və mənim “Barselona”nın uşaq komandasında çıxış etdiyimi bilirdi. Yadımdadır ki, məni itələdi və mən yerə yıxıldım. O isə mənim müdafiənin mərkəzində oynayacaq qədər möhkəm olmadığımı bildirdi. Bu məşqçi intizamın qatı tərəfdarıdır və güman edirəm ki, “Mançester Yunayted”də böyük uğur qazanacaq”.