“Barselona” klubunun və İspaniya millisinin oyunçusu Jerar Pike yksək keyfiyyətli burgerlərlə bağlı olan biznesə sərmayə qoyur. Apasport.az saytının məlumatına görə, futbolçu yüksək keyfiyyətli hamburgerlərin və digər ət məhsullarının hazırlanması və satılmasında ixtisaslaşan “Bas Alimentaria” şirkətinin səhmlərinin 27 faizini alıb.
İstehsalçılar planları barədə danışaraq bildirirlər ki, Pikenin obrazından istifadə edərək məhsullarını bütün İspaniya ərazisində satacaqlar. Şirkətin birinci il üçün gəlirinin 350 min avro, sonrakı il isə 2 milyon avroya çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Pike fast-fud sahəsində biznesdən əlavə, videooyunlar sahəsində ixtisaslaşan “Kerad Games” şirkətinin də səhmdarıdır.