Pikedən yan xətt hakiminə: Sənin anan...
18.08.2015 - 19:21
Pikedən yan xətt hakiminə: Sənin anan...

“Barselona”nın müdafiəçisi Xerard Pike növbəti dəfə qalmaqalla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, UEFA Super Kubok oyununda əzəli rəqibləri “Real”ın ünvanına söyüş söyən Pike bu dəfə də İspaniya Super Kuboku oyununda söyüşlə “fərqlənib”.

 

Belə ki, “Atletik Bilbao” ilə oyunun 56-cı dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan müdafiəçi bu cəzaya oyunun yan hakimini söydüyü üçün “layiq görülmüşdü”.

 

Matçın baş hakimi Valesko Karbalyo oyun protokolunda qırmızı vərəqənin səbəbi kimi futbolçunun yan xətt hakiminə “Sənin anan fahişədi” deməsini göstərib.

 

İspan həmkarlarımızın iddiasına görə, Pike bu vərəqəyə görə 4 oyundan 12 oyuna qədər cəzalana bilər.