Pirlo, Lempard və Vilya üçün yeni baş məşqçi
09.11.2015 - 23:42
"Nyu-York Siti" yeni baş məşqçi ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi Fransa yığmasının və "Arsenal"ın əfsanəvi futbolçusu Patrik Vieyra ilə anlaşıb. Onunla üç illik müqavilə imzalanıb.
Vieyra buna qədər "Mançester Siti"nin aşağı yaş qruplarında çalışıb. O, yeni klubunda fəaliyyətə yanvarın 1-dən başlayacaq.
"Nyu-York Siti" MLS liqasında pley-offa yüksələ bilməyərək, mövsümü başa vurub.
Qeyd edək ki, bu klubun heyətində Andrea Pirlo, Frenk Lempard və David Vilya kimi ulduzlar çıxış edir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0