Pirlo da Lempard və Cerardın yolu ilə gedir
04.06.2015 - 19:32
“Yuventus”un və İtaliya millisinin yarımmüdafiəçisi Andrea Pirlo yayda klubunu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri iddia irəli sürüb.
İspan həmkarlarımızın fikrincə “maestro” digər əfsanəvi həmkarları Cerard və Lempard kimi Amerika Birləşmiş Ştatları birinciliyi – MLS-ə keçmək üzrədir.
Təcrübəli yarımmüdafiəçi ilə “Nyu-York Siti”nin maraqlandığı deyilir.
0
0