Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq pley-off mərhələsinin bütün 16 iştirakçısı məlumdur.
Maraqlıdır ki, 16 komandadan ancaq dördü maksimum 9 xal toplaya bilib. Bunlar Kolumbiya, Hollandiya, Argentina və Belçika yığmalarıdır.
Son dünya çempionu İspaniya, eləcə də dördqat və 1 dəfə mundial qalibi olmuş İtaliya ilə İngiltərə 1/8 finala çıxa bilməyib. Pley-off mərhələsinin iştirakçısı olan 16 komandadan ancaq beşi bundan əvvəl mündialda qalib gəlib.
Qeyd edək ki, 1/8 final mərhələsində Braziliya – Çili matçını ingilis Hovard Uebb, Kolumbiya – Uruqvay cütünü isə hollandiyalı Byörn Kuypers idarə edəcək. Digər qarşılaşmaların baş hakimləri isə hələlik müəyyənləşməyib.
DÇ-2014
1/8 final mərhələsi
28 iyun
21:00 Braziliya - Çili
Belo Horizonte. “Mineyran” stadionu
29 iyun
01:00 Kolumbiya – Uruqvay
Rio-de-Janeyro. “Marakana” stadionu
21:00 Hollandiya – Meksika
Fortaleza. “Kastelan” stadionu
30 iyun
01:00 Kosta-Rika – Yunanıstan
Resifi. “Arena Pernambuko”
21:00 Fransa – Nigeriya
Braziliya. “Nasional” stadionu
1 iyul
01:00 Almaniya - Əlcəzair
Portu-Aleqri. “Beyra-Rio” stadionu
21:00 Argentina - İsveçrə
San-Paulo. “San-Paulo” stadionu
2 iyul
01:00 Belçika - ABŞ
Salvador. “Fonte-Nova” stadionu