Podolskidən Gökhan Törəyə mesaj
21.04.2014 - 23:26
Podolskidən Gökhan Törəyə mesaj

“Arsenal” futbol klubunun və Almaniya millisinin ulduz futbolçusu Lukaş Podolski “Beşiktaş”ın oyunçusu Gökhan Törə və “Kayserispor”un oyunçusu Taner Yalçına mesaj göndərib. Apasport.az saytının məlumatına görə, Podolski hücuma məruz qalaraq yaralanan futbolçulara “keçmiş olsun” deyib.

 

28 yaşlı futbolçu mesajını “Facebook” vasitəsilə yollayıb. O, türk dili də daxil olmaqla 3 dildə yazdığı mesajda bildirib: “Gökhan və Taner. Üzücü olaydan xəbərim oldu. Dostlarım, sizə keçmiş olsun!”

 

Xatırladaq ki, Gökhan Törə və Taner Yalçın gecə klubunda basqına məruz qalaraq odlu silahdan açılan atəş nəticəsində yaralanıblar. İlkin məlumata görə, futbolçulara və daha bir neçə nəfərə atəş açan şəxs biznesmendir və hazırda onun axtarışı gedir. Türkiyə məlumatı yazır ki, olaya biznesmenin sevgilisini qısqanaraq hirslənməsi səbəb olub.