UEFA Apellyasiya Məhkəməsindən “Legiya”ya rədd cavabı gəlib. Apasport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Lokeren”lə səfər görüşündə Polşa klubunun azarkeşləri irqçi davranışlarına görə cəzalanıb.
İntizam Komitəsinin qərarından sonra Apellyasiya Məhkəməsinə müraciət edən “Legiya” buradan da rədd cavabı alıb. 1:0 hesabı ilə uduzduğu görüşdən sonra polşalılar 2 ev matçını boş tribunalar önündə keçirəcək.
Bundan başqa, “Legiya” 105 min avro məbləğində cərimə ödəyəcək. Həmçinin klub Avropa Liqasının 1 səfər oyununda öz azarkeşləri üçün biletlərə sahib olması qadağan edilib.
Qeyd edək ki, “Legiya” Avropa Liqasının qrup mərhələsinin nəticəsinə görə, 1/16 finala vəsiqə qazanıb. Burada onalar Hollandiya Ayaks”ı ilə qarşılaşacaq.