Poqba Fransa-Nigeriya matçının ən yaxşısıdır
30.06.2014 - 22:07
Fransalı yarımmüdafiəçi Pol Poqba Fransa-Nigeriya matçının ən yaxşı oyunçusu sayılıb. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.
Əsas heyətdə meydana çıxan futbolçu bütün oyunu oynayıb və 79-cu dəqiqədə Fransanın ilk qolunu vurub. Oyun 2:0 hesabı ilə Fransanın xeyrinə başa çatıb və fransızlar 1/4 finala çıxıblar.
0
0