21 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi sonuncu oyunun başlanma saatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, U-21 sentyabrın 9-da VIII qrupun hazırkı lideri olan Portuqaliyanın qonağı olacaq.
Görüşün hansı şəhərdə baş tutacağı bilinməsə də, qarşılaşmanın başlanma saatı Bakı vaxtı ilə 21:00-dır. Bundan 6 gün əvvəl isə yığmamız İsrail millisini qəbul edəcək. Ancaq hələ bu görüşün başlanma saatı bəlli deyil.
Qeyd edək ki, Bernhard Lippertin yetirmələri seçmə mərhələdə 6 oyundan 4 xal toplayıb. Komandamız Makedoniya ilə bərabər qrupda IV-V sıraları bölüşür.