Portuqaliya kubokunun sahibi məlum oldu
31.05.2015 - 23:43
Portuqaliya kubokunun sahibi məlum oldu

Portuqaliya kubokunun sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, final görüşündə “Sportinq” və “Braqa” qarşılaşıb.

 

Gərgin keçən oyunda 4 qol vurulsa da qalib müəyyənləşməyib.

 

Kubokun sahibi penalti vuruşları ilə müəyyən edilib.

 

Həlledici anda daha dəqiq oynayan “Sportinq”li futbolçular kubokun sahibi olublar.

 

 

Portuqaliya Kuboku, final

 

“Sportinq” – “Braqa” – 2:2 (pen: 3:1)

Qollar: Slimani, 84, Montero, 90 – Eder, 16, Silva, 25