Portuqaliya yığması mundiala darmadağınla yollanır
11.06.2014 - 10:10
Portuqaliya yığması mundiala darmadağınla yollanır

Millimizin ötən seçmə mərhələdə rəqiblərindən olmuş Portuqaliya yığması dünya çempionatı öncəsi son yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, portuqaliyalılar ABŞ-ın Nyu-Cersi ştatında İrlandiya yığması ilə gücünü sınayıblar.

 

Bakı vaxtı ilə saat 05:00-da başlamış görüş Portuqaliyanın ada təmsilçisini darmadağın etməsi ilə nəticələnib – 5:1. Portuqaliyadan qolları “Beşiktaş”ın hücumçusu Uqo Almeyda (2), “Volfsburq”un yarımmüdafiəçisi Vieyrinya və Madrid “Real”ının müdafiəçisi Fabiu Koentrau vurub. 1 qolu isə irlandiyalı müdafiəçi Riçard Keoq öz qapısından keçirib.

 

Bununla da Portuqaliya bu darmadağınla Braziliyaya yaxşı əhval ruhiyyədə yollanıb. Ümumiyyətlə, mundial iştirakçılarından Fransa Yamaykanı 8:0, Bosniya və Herseqovina Braziliyanın “Santos” klubunun U-21-ni 5:1 və Qana Cənubi Koreyanı 4:0 məğlub etməklə mundial öncəsi böyükhesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, Portuqaliya Berti Foqtsun müşaviri olduğu ABŞ yığmasının DÇ-dəki rəqiblərindəndir. Paulu Bentunun komandasının digər rəqibləri Qana və Almaniya yığmalarıdır.