Portuqaliyalı futbolçu “Atletiko” ilə “nikah təzələdi”
19.05.2016 - 20:19
Madridin "Atletiko" klubu daha bir oyunçu ilə müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
Portuqaliyalı yarımmüdafiəçi Tiaqo Mendeşlə mövsümün sonunda başa çatacaq anlaşma daha 1 illik uzadılıb.
2010-cu ildən “hindular”ın şərəfini qoruyan Mendeş ötən mövsüm keçirdiyi 19 oyunda 1 qol vurub və iki məhsuldar ötürmə verib.
Qeyd edək ki, "Atletiko" daha öncə Saul Nyiqezlə müqavilə yeniləyib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0