Prandelli “Qalatasaray”la müqavilə bağlayır
07.07.2014 - 15:41
“Qalatasaray”ın yeni baş məşqçisi Çezare Prandelli bu gün Türkiyəyə gələcək. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu gün İstanbula gələcək italiyalı mütəxəssis Mətin Oktay komandanın bazası ilə tanış olacaq. Bundan sonra Prandelli komandanın futbolçu və texniki heyəti ilə görüşəcək.
Sabah isə 56 yaxşı məşqçi “Qalatasaray”la rəsmi müqaviləyə imza atacaq.
İmzalama mərasimi “Türk Telekom Arena”da keçiriləcək. Sonra Çezare Prandelli və klub prezidenti Ünal Aysal media nümayəndələri önünə çıxacaq.
0
0