Premyer Liqa: XXVII turun təqvimi açıqlandı
29.03.2015 - 15:09
Premyer Liqa: XXVII turun təqvimi açıqlandı

Topaz Premyer Liqasında XXVII turun təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı açıqlanıb.

 

Aprelin 1-də 3 oyun baş tutacaq. Turun açılış görüşü Zaqatalada olacaq. Aprelin 2-də keçiriləcək “Qarabağ” – “İnter” matçı ilə XXVII tura yekun vurulacaq.

1 aprel
“Xəzər Lənkəran” – “Sumqayıt”

“Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00 

“Neftçi” – “Bakı”
“Bakcell Arena”, 17:00

“Simurq” – AZAL
Zaqatala şəhər stadionu, 15:00

 

2 aprel
“Qarabağ” – “İnter”
“Bakcell Arena”, 18:00