Premyer Liqa tarixində ilk dəfə
22.08.2015 - 09:30
İngiltərə Premyer Liqasında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yarışı keçirən qurum tarixində ilk dəfə qolun düzgün olmadığını açıqlayıb.
Bu, “Liverpul”la “Bornmut” arasında ba tutan görüşdə vurulan qoldur. 26-cı dəqiqədə norveçli Bentekenin mersisaydlılara 1:0 hesablı qələbə qazandıran qol qaydalar çərçivəsində olmayıb.
Qolun vurulduğu epizodda Filipe Koutinyo oyundankənar vəziyyətdə olub. Bentekenin irəli sıçradığı vaxt ofsaydda olan legioner də hücumu başa çatdırmağa çalışıb.
0
0