Premyer Liqada məşqçi istefası
03.02.2015 - 22:21
Premyer Liqada məşqçi istefası

İngiltərənin KPR klubunun baş məşqçisi Harri Rednapp tutduğu postdan uzaqlaşıb. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis istefa ərizəsini komandanın sahibi Toni Fernandesə təqdim edib.

 

Direktorlar şurası isə onun istefasını qəbul edib. Komandadan ayrıldığı üçün o, hər kəsə minnətdarlığını bildirib. Lakin klub administrasiyası bu məsələ ilə bağlı suallara cavab vermək istəməyib.

 

Qeyd edək, Harri Rednapp 2012-ci ildən KPR-i çalışdırır. Hazırda London klubu Prmyer Liqada 23 oyundan sonra 19 xal toplayıb və turnir cədvəlində 19-cı pillədə qərarlaşır.