Prezident təkzib edir, mətbuat əvəz axtarır
26.03.2014 - 20:32
Prezident təkzib edir, mətbuat əvəz axtarır

 

 

“Barselona” futbol klubunun prezidenti Xosep Mariya Bartomeu baş məşqçi Herardo Martino ilə yollarını ayırmağı düşünmədiklərini bir daha bəyan edib. Apasport.az saytının məlumatına görə, o, müqaviləsi 2015-ci ilin yayında başa çatan mütəxəssisin postunda qalacağını bildirib.

 

“Martinonun müqaviləsi var və biz onun sona qədər işləməsini istəyirik” - deyə, klub prezidenti vurğulayıb: “O özü də klubda qalmaq istədiyini söyləyib. Buna görə də, ona heç bir əvəz axtarmırıq”.

 

Qeyd edək Ki, bəzi ispan qəzetləri mövsümün sonunda “Barsa”ya əfsanəvi futbolçu Luis Enrikenin başçılıq edəcəyini yazıblar. 43 yaşlı Enrike bundan əvvəl Kataloniya klubunun sistemində çalışıb və gənclər komandasına rəhbərlik edib.