PSJ daha iki oyun “Mən Parisəm” deyəcək
24.11.2015 - 19:36
PSJ qarşıdakı daha iki oyunda meydana xüsusi forma ilə çıxacaq. Apasport.az saytının klubun rəsmi tvitter hesabına istinadən məlumatına görə, klub Çempionlar Liqasında “Malmö” və Fransa Liqa 1-də “Troya”ya qarşı oyunlara üzərində “Je seus Paris” (Mən Parisəm) yazılı formalarla çıxacaq.
Paris klubu bununla ötən həftə Fransa paytaxtında baş vermiş terror hadisəsində zərər çəkənlərə dəstəyini nümayiş etdirmiş olacaq.
0
0