PSJ Kavaniyə 75 miylon qiymət qoydu
16.07.2014 - 21:58
PSJ futbol klubu uruqvaylı futbolçusu Edison Kavaninin qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransa klubu hücumçuya 75 milyon avro qiymət qoyub.
Qeyd edək ki, bundan əvvəl Kavaninin PSJ-ni tərk etmək istədiyi bildirilirdi. Onunla “Mançester Yunayted”in maraqlandığı iddia olunurdu.
Xatırladaq ki, “Pari Sen-Jermen” Kavanini ötən mövsüm “Napoli”dən 63 milyon dollara alıb.
0
0