PSJ Runi ilə maraqlanır
04.05.2014 - 22:38
PSJ Runi ilə maraqlanır

 

Fransanın PSJ klubu yenidən Ueyn Runi ilə maraqlanmağa başlayıb. Apasport.az saytının məlumatına görə, fransızlar “Mançester Yunayted” klubundakı vəziyyəti izləyirlər və Runi komandanı dəyişmək qərarına gəlsə, ona müqavilə təklif edəcəklər.

 

Bəzi məlumatlara görə, Lui vann Qall “MY”nun baş məşqçisi postuna gətirilsə, Runi komandadan getmək istəyə bilər. Amma bu ayrılıq istəyinin səbəbi açıqlanmır.

 

Runi bu yaxınlarda “Mançester Yunayted”lə yeni müqavilə imzalayıb və onun transferi PSJ-yə 35 milyon funta başa gələ bilər. Hücumçu bu mövsüm İngiltərə çempionatında keçirtdiyi 29 oyunda 17 qol vurub.