[b]PSV-nin sabiq futbolçusu “İnter”in düşərgəsinə gəldi[/b]
03.06.2014 - 10:32
[b]PSV-nin sabiq futbolçusu “İnter”in düşərgəsinə gəldi[/b]

Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” Türkiyə hazırlıqlarını davam etdirir. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, “bankirlər”in düşərgəsinə yeni futbolçu qoşulub.

 

Bu, belçikalı Yelle de Bokdur. “Brügge”nin yetirməsi olmuş 25 yaşlı mərkəz müdafiəçisi “İnter”lə müqavilə bağlamayan konqolu Brüs Abdulayenin yerinə gəlib. Ancaq de Bok hələ baxışdan uğurla keçməlidir.

 

Qeyd edək ki, 2006-2009-cu illərdə PSV-yə məxsus olmuş de Bok ölkəsində yalnız o vaxt “Red Star Vasland” adlanan klubda çıxış edib. Mərkəz müdafiəçisi qonşu Hollandiyada isə “Eyndhoven”, “Helmond Sport” və “Den Bosx” klublarının şərəfini qoruyub. O, Belçikanın U-16 yığmasından U-21-nə kimi çıxış edib.