Puyol “Barselona”da məşqçi kimi qala bilər
02.05.2014 - 22:32
Puyol “Barselona”da məşqçi kimi qala bilər

 

Bu mövsümün sonunda “Barselona”nı tərk edəcəyini açıqlayan müdafiəçi Karles Puyol komandada qala bilər. Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun komandanın məşqçi heyətinə daxil olacağı istisna olunmur.

 

İspaniya mətbuatı bildirir ki, Puyolun qalmasını və məşqçi heyətinə daxil edilməsini baş məşqçi postunda Xerardo Martinonu əvəz edəcəyi gözlənilən Luis Enrike istəyib. Bundan əvvəl “Barselona” rəhbərliyinin Martinodan narazı olduğu və baş məşqçi postuna komandanın keçmiş oyunçusu və məşqçisi Luis Enrikeni gətirmək istədiyi barədə informasiya yayılıb. Puyol isə ciddi təcrübəyə və oyunçular arasında böyük nüfuza sahib olduğundan, Enrike onu məşqçi heyətinə daxil etmək istəyir.