“Barselona”nın keçmiş futbolçusu və kapitanı Karles Puyolun 5 nömrəli futbolkasının taleyi həll edilib. Apasport.az saytının məlumatına görə, bundan sonra həmin nömrə altında Serxio Buskets çıxış edəcək.
Nömrə ilə bağlı qərarın qəbul edilməsində Puyol şəxsən iştirak edib. Xatırladaq ki, 15 il “Barselona”da çıxış edən Puyol bu ilin may ayında karyerasını başa çatdırdığını elan edib.
Buskets qərardan məmnun olduğunu bildirib: “5 nömrəli futbolkanı geyinmək mənim üçün böyük şərəfdir. Qürur duyuram ki, Puyol bu nömrəni mənim daşımalı olduğumu hesab etdi”.
Puyol isə cavabında 5 nömrəni ən yaxşı oyunçuya verdiyinə əmin olduğunu vurğulayıb: “O, bu nömrənin qeydinə qalacaq”.