Mükafat fonduna görə qiyam qaldıran Qana millisinin futbolçularına təyyarə ilə 3 milyon dollar pul göndərilib. Apasport.az saytının məlumatına görə, bu barədə Qana idman nazirinin müavini Cozef Yaammin bildirib.
“Oyunçular onlara nağd pul lazım olduğunda israr edirdilər. Hökumət pul tapmaq məcburiyyətində qaldı və Braziliyaya xüsusi reyslə pul göndərildi. 3 milyon dollardan çox” - deyə, Yaammin qeyd edib.
Xatırladaq ki, Qana millisinin futbolçuları onlara vəd edilən mükafatı almayacaqları təqdirdə Portuqaliyaya qarşı oyuna çıxmayacaqlarını bəyan etmişdilər. Bu oyun iyunun 26-da keçirilməlidir. Bundan sonra Qana prezidenti futbolçuların mükafatı alacaqları ilə bağlı şəxsən söz verib.